Rutger Hauer

Rutger Hauer
nid. Rutger Hauer
Doğum adı Rutger Oelsen Hauer
Doğum tarixi 23 yanvar 1944(1944-01-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 19 iyul 2019(2019-07-19)[3][2][…] (75 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, kino aktyoru, kinorejissor, televiziya aktyoru
Fəaliyyət illəri 1969–2019
Boyu 1,85 m
Mükafatları "Niderland şiri" ordeni
"Qızıl qlobus" mükafatı
IMDb ID0000442
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rutger Ulsen Hauer (Nid.: [ˈrɵtxər ˈulsə(n) ˈɦʌuər]; 23 yanvar 1944[1][2][…], Bryokelen[d], Utrext19 iyul 2019[3][2][…], Betsterzvaq[d], Frislandiya[d][4]) — hollandiyalı aktyor, yazıçı və ekoloq. Həm holland, həm də ingilisdilli seriallarda və filmlərdə rol alıb.

Onun karyerası Hollandiya televiziyasında yayımlanan "Floris" serialındakı rolu ilə 1969-cu ildə başladı və 1973-cü ildə kütləvi uğur əldə edən "Türk şirniyyatı" filmi ilə daha da gücləndi. 1977-ci ildə o, "Narıncı əsgər" filmi ilə dünya miqyaslı ulduza çevrildi və Amerika filmlərində çəkilməyə başladı. "Gecə qırğıları" filmində beynəlxalq terrorçu, Blade Runner filmində öz mövcudluğunu dərk edən android Roy Battini canlandırır. Bu filmlərdə nümayiş etdirdiyi aktyor bacarığı onun "Ostermanın uikendi", "Ledi-şahin", "Bədən və qan", "Yol yoldaşı", "Sobibordan qaçış" (bu rola görə Ən yaxşı ikinci plan aktyoru nominasıyasında Qızıl Qlobus mükafatı), "Kor qəzəb", "Qəhrəmanların qanı" və "İzdivac" filmlərində aparıcı rollar almasına səbəb oldu. 1990-cı illərdə o "Baffi – vampirlərin qatili", "Təhlükəli adamın etirafları", Sin City, Batman başlayır, "Ayin" kimi filmlərdə məşhur köməkçi rollar, habelə "Tüfəngli evsiz" filmində baş rol oynadı.

Hauer ekoloq idi. O, həmçinin Rutger Hauer Dəniz Ulduzları Dərnəyi adlı QİÇS haqda məlumatlılıq təşkilatı qurmuşdu. [5]

Hauer 23 yanvar 1944-cü ildə, Hollandiya İkinci Dünya Müharibəsi dövründə alman işğalı altında olarkən Bryokelendə[6] anadan olmuşdur. [7] 1981-ci ildə verdiyi bir reportajda "Mən müharibənin ortasında anadan olmuşam və bu səbəbdən pasifizmdə dərin köklərim olduğunu düşünürəm. Zorakılıq məni qorxudur." Valideynləri Tyonke və Arend Hauer Amsterdam yaxınlığında bir aktyor məktəbi işlədən aktyor idilər. Üç bacısı vardı, biri böyük və iki kiçik.

  1. 1 2 Rutger Hauer // filmportal.de. 2005.
  2. 1 2 3 4 Bibliothèque nationale de France Rutger Hauer // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Rutger Hauer, ‘Blade Runner’ Co-Star, Dies at 75. 2019.
  4. 1 2 https://nos.nl/artikel/2294924-acteur-rutger-hauer-75-overleden.html.
  5. Rutger Hauer Starfish Association Arxivləşdirilib 2023-09-18 at the Wayback Machine. Accessed 2008-05-30.
  6. [https://web.archive.org/web/20110108085536/http://www.telegraaf.nl/prive/5449151/__Rutger_Hauer__Bescheiden_wereldster__.html Arxivləşdirilib 2011-01-08 at the Wayback Machine Rutger Hauer: Bescheiden wereldster – Privé | Het laatste Privé nieuws leest u op Prive.nl van De Telegraaf [prive]]. Telegraaf.nl (30 November 2009). Retrieved on 2012-12-28.
  7. De Boerderij van Rutger Hauer te Beetsterzwaag Arxivləşdirilib 2020-09-29 at the Wayback Machine, 50plusser.nl; accessed 17 January 2018. (nid.)

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search